Bugünkü Azərbaycan Ordusu Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür - Prezident

16:53 18.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib.

Hafta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlətimizin başçısı tam əminliklə deyib ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. “Ancaq eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Siyasət rubrikasından digər xəbərlər